İspaniya kral ailəsi ilk dəfə Kral VI Felipenin şəxsi sərvətini açıqlayıb. Sərvətin dəyəri həm İspaniyada, həm də Avropada gündəm olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, ilk dəfə şəxsi var-dövləti və maddi durumu ilə bağlı məlumat paylaşan Felipenin 2,6 milyon avro sərvətinin olduğu bildirilib.

Təxminən 2,3 milyon avroluq sərvətinin bankda və digər hesablarında, 300 min avro dəyərində isə sənət əsərləri, zinət əşyaları və antik əşyaların olduğu qeyd edilib. Kral Felipenin ölkə xaricində heç bir daşınmaz əmlakı və sərmayəsinin olmadığı da bildirilib. Kral Felipenin bu sərvəti maaşından yığdığı pulla əldə edib. 

Gülayə  Mecid