Rusiyanın Ukraynanı işğalı 62 gündür davam edərkən, Kremldən narahatedici iddia ortaya çıxıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kremldəki mənbələr Rusiya prezidenti Putinin razılaşma ideyasını dayandırdığını açıqlayıb.

Mənbələrin sözlərinə görə, son vaxtlar həm Ukraynadakı hərbi qüvvələrdən, həm də Qərbin sanksiyalarından böyük zərər görən Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarından geri çəkilib və sadəcə “mümkün qədər çox torpaq əldə etmək” istəyir.

Adı açıqlanmayan mənbələr Ukrayna qüvvələrinin ötən həftə Qara dənizdə “Moskva” (Moskva) hərbi gəmisinə ağır zərbə vurmasından sonra Putinin qürurunun incidiyini və o, hərbi təzyiq və işğalı artıraraq genişləndirmək qərarına gəldiyini bildirib. Rəsmilər Putinin bu səbəbdən sülh danışıqlarından geri çəkildiyini də bəyan ediblər.

Bildirək ki, Rusiya və Ukrayna arasında sonuncu üzbəüz sülh danışıqları martın sonunda İstanbulda baş tutub. Tərəflər mötədil mövqe tutsalar da, Rusiyanın Kiyevdən kənarda yerləşən Buçada mülki vətəndaşları öldürməsinin üzə çıxması sülh danışıqlarının dayandırılmasına səbəb olub. İngiltərənin “The Times” qəzetinə danışan Ukraynanın sülh nümayəndələrindən biri olan Rustem Umirov da tərəflərin danışıqları davam etdirdiyini, lakin əsas məsələlərin humanitar dəhlizin açılması olduğunu bildirib və ümumilikdə sülh danışıqlarının yavaş-yavaş irəlilədiyini bildirib. 

İngilis "Financial Times"a danışan üç fərqli mənbədən biri, “Putin sülh danışıqlarının dalana dirəndiyinə inandığı üçün daha çox torpaq əldə etmək istəyir. Razılaşmaya ümid var idi. Putin bu qərarında irəli-geri gedirdi. O, qalib kimi bundan çıxış yolu tapmalıdır”. Başqa bir mənbə Putinin “böyük qələbə” əldə etmək istədiyini söyləyib. 

Qəzetə danışan üçüncü mənbə deyib ki, Putin sülh danışıqlarını Moskva gəmisi batdıqdan sonra müqavilə imzalamağın “biabırçılıq” olacağını düşündüyü üçün tərk edib.

Gülayə  Mecid