Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 62 yoluxma halı qeydə alınıb, ölüm halı baş verməyib.

"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 375, ölənlərin sayı isə 16 800 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 636108 nəfərin sağaldığı bildirilir.