Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, Rusiya XİN başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati XİN başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Ermənistana səfər edib.

Səfər çərçivəsində Lavrovun Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşləri də nəzərdə tutulub.

***

12:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana işgüzar səfər edəcək.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, o, sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Səfər çərçivəsində həmçinin prezident Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyanla da görüşlər nəzərdə tutulub.

Ağarza Elçinoğlu