Serbiyanın paytaxtı Belqradda 214 məktəbə bomba qoyulması hədəsi bildirildikdən sonra  təhsil dayandırılıb.

"Unikal" xəbər verir ki, Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyindən verilən açıqlamaya görə, bu gün paytaxt Belqradda 214 məktəb, 148 ibtidai və 66 liseydə bomba olduğu barədə xəbərlər daxil olub.

Bildirişlərin elektron poçt vasitəsilə məktəblərə göndərildiyinə dair məlumatların yer aldığı açıqlamada məktəblərin onlayn rejimdə təhsillərini davam etdirəcəkləri və şagirdlərin qayıdış tarixi ilə bağlı valideynlərə məlumat veriləcəyi bildirilib.