Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanı naməlum şəxslər tərəfindən minalanıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə istehkamçılar, yanğınsöndürənlər, böhrana cavab mərkəzinin operativ qrupu cəlb olunub.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir neçə dəqiqə öncə hava limanına eniş edib.