Belarusun paytaxtında sərxoş şəxs məktəbəqədər təhsil müəssisələrini qarışdıraraq evə tanımadığı uşağı gətirib.

"Unikal" bu barədə “Minsk-Novosti” informasiya agentliyinə istinadən xəbər verir.

Uşağın sərxoş anası qardaşını bağçadan azyaşlını götürməyə göndərib. Özü də sərxoş vəziyyətdə olan şəxs bacısı oğlunu gətirməyə gedib, lakin məktəbəqədər təhsil müəssisələrini qarışdıraraq başqasının oğlunu aparıb. Müəllim həmin gün öz qrupunda işləmədiyi üçün uşağın valideynlərini tanımırdı. Kişi oğlana bildirib ki, uşağın valideynləri onu bağçadan götürməyi tapşırıblar. Beləliklə, oğlan qeyd-şərtsiz yad bir adamla gedib

Əsl valideynlər uşaq üçün bağçaya gələndə həqiqət üzə çıxıb. Oğllarını orada tapmayaraq, istintaq qrupunu çağırıblar. Uşaq bağçasına gedən yolda hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş kişilərin müşayiəti ilə gələn uşağı görüblər, onun itmiş oğlan olduğu üzə çıxıb. O, aparılaraq ailəsinə təhvil verilib. Başqa bağçada qohumlarını gözləyən ikinci oğlan isə həmin vaxt ezamiyyətdən qayıdan atasına təhvil verilib.

Ramil Zeynallı