Boris Consonun rəhbərliyi ilə ilk olaraq fikir ayrılığını bildirən Böyük Britaniyanın mənzil-tikinti naziri Maykl Qov tutduğu vəzifədən uzaqlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

"Boris Conson mənzil-məişət naziri Maykl Qovu vəzifəsindən azad edib. Cənab Qov baş nazirin vəzifəsində qalmasından narazılığını bildirən ilk hökumət üzvlərindən biri olub”, - məqalədə deyilir.

Qov 2016-cı ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində Consona verdiyi dəstəyi geri götürüb. Bundan sonra öz namizədliyini irəli sürən Qov və Conson arasında münasibətlərin yaxşı olmadığı deyilir.

Gülayə Mecid