Türkiyə ilə İsrail arasında normallaşma prosesi davam edir. Bu, 1951-ci ildən bəri imzalanan ilk aviasiya müqaviləsi olacaq.

"Unikal" xəbər verir ki, İsrail hava yolları şirkətlərinin Türkiyəyə uçuşları yenidən başlayacaq. Müqavilənin bir neçə gün ərzində imzalanması gözlənilir.

Razılaşmaya əsasən, Türkiyə və İsrail hava yolları şirkətləri qarşılıqlı uçuşları bərpa edəcək.

Gülayə Mecid