Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan qovulub.

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir ki, Ermənistanın dövlət incəsənət akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan xaric edilib. 

Bildirilir ki, Aşot yalnız ilk 3 gün dərsə gedib, ondan sonra o, gəlməyib.

Hətta yerli KİV Aşotun atasının taleyini  təkrarladığını  yazıb. Məlumata görə, Nikol Paşinyan YDU-nun tələbəsi olanda o dövrün iqtidarından narazı olduğu üçün dərsə getmirmiş.

 Gülayə  Mecid