Finlandiya parlamenti ölkənin Rusiya ilə sərhədində maneələrin yaradılmasına icazə verən və müstəsna hallarda sığınacaq axtaran şəxslər üçün 1300 kilometrlik sərhədi bağlayan qanuna səs verib. 

"Unikal" Reutersə istinadən xəbər verir ki, qanun layihəsi, Avropa Birliyinin sığınacaq qaydalarına uyğun olaraq mübahisəli olsa da, səs çoxluğu ilə qəbul ediib.

Qanun həmçinin hökumətə Finlandiya sərhədləri yaxınlığında hasarlar və ya digər maneələr tikmək və bütün sığınacaq ərizələrini bir və ya bir neçə sərhəd keçid məntəqəsinə yönəltmək qərarına gəlməyə imkan verəcək.

Gültəkin