İyulun 13-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

"Unikal" xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib .

Görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə Brüssel prosesini, eləcə də görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Gültəkin Ələsgər