ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfərinin vaxtı açıqlanıb. O, avqustun 2-də axşam Tayvana uça bilər.

"Unikal" xəbər verir ki, bu barədə Tayvanın ET today informasiya portalı məlumat yayıb .

Portalın məlumatına görə, Pelosinin təxminən 20 nəfərlik nümayəndə heyətinə başçılıq edərək, yerli vaxtla saat 22.30 radələrində Taypeyin Sonşan hava limanına enməsi gözlənilir.

Spiker gecəni “Grand Hyatt” otelində keçirəcək və avqustun 3-də səhər saatlarında Tayvanın Qanunvericilik Parlamentinə baş çəkəcək, orada yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşəcək.

Portalın məlumatına görə, həmin gün günorta radələrində Pelosi təyyarəyə minərək Tayvana səfərini tez başa vuraraq adadan ayrılacaq.

16:13

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turu çərçivəsində Tayvana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Tayvan hökumət rəsmisi və ABŞ rəsmisinə istinadən məlumat yayıb. 

Tayvan rəsmisinin sözlərinə görə, Pelosinin bir gecəni Tayvanda qalacağı gözlənilir. Onun Taypeyə dəqiq nə vaxt enəcəyi hələ məlum deyil. 

ABŞ rəsmisi əlavə edib ki, Müdafiə Nazirliyinin nümayəndələri gecə-gündüz işləyir, çinlilərin bölgədə istənilən hərəkətini izləyir və onun təhlükəsizliyini təmin etmək üçün plan hazırlayır. 

Gülayə Mecid