Moskva və Sankt-Peterburqda xarici diplomatlar üçün rüsumsuz mağazalar yaranacaq.

"Unikal" xəbər verir ki, müvafiq qərar hökumət tərəfindən təsdiq edilib.

Belə mallar diplomatik nümayəndəliklərə, konsulluqlara, dövlətlərin beynəlxalq təşkilatlar yanında nümayəndəliklərinə, habelə beynəlxalq təşkilatlara və ya onların Rusiyadakı nümayəndəliklərinə veriləcək. Onlar həmçinin diplomatlara, konsullara və onların ailələrinə, həmçinin adı çəkilən digər təşkilatların əməkdaşlarına satılacaq.

Satın alındıqdan sonra diplomatlar Rusiya Xarici İşlər Nazirliyinə akkreditasiyasını təsdiq edən sənədləri təqdim etməli olacaqlar. Bu mağazalar başqa insanlara mal sata bilməyəcək.