Respublikaçı konqresmen Ceki Valorski ABŞ-ın İndiana ştatında avtomobil qəzasında həlak olub.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, bu barədə  ABŞ Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkarti bilidirb. 

Onun sözlərinə görə, faciə avqustun 3-də Konqresin kampaniyasının qızğın vaxtında baş  verib.

Qeyd olunur ki, Nappani şəhəri yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 58 yaşlı Valorskidən başqa, onun ictimaiyyətlə əlaqələr üzrə direktoru və yerli Respublika dairəsinin sədri də daxil olmaqla daha üç nəfər həlak olub.