"Əgər Rusiya həqiqətən də müharibəni dayandırmaq istəsəydi, ehtiyatlarını Ukraynanın cənubuna çəkməzdi".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

"Onlar terror dövlətinin guya danışıqlar aparmaq istədiyi tezisi ilə müxtəlif emissarları işə salırlar. Əgər Rusiya həqiqətən də müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyatlar çəkməzdi.

"Ona görə də biz mübarizə aparmalıyıq, terrorçuları öz torpaqlarımızda məğlub etməliyik, Ukraynanın maraqları haqqında məlumat yaymalı və Ukrayna üçün uğurlar qazanmalı, qələbələr qazanmalıyıq, - Zelenski qeyd edib.

Ağarza Elçinoğlu