ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyasına dair qətnamə qəbul edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə hələ də davam etsə də, lakin sənəd artıq onu təsdiqləmək üçün kifayət qədər səs toplayıb.

Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa prezident həyata keçirir, Senat buna razılıq verir. İndi dövlət başçısı Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq.

Finlandiya və İsveçin NATO-ya daxil olması blokun bütün üzvləri tərəfindən ratifikasiya edilməlidir. Bu günə qədər alyansı təşkil edən 30 ölkədən 20-dən çoxu bunu edib.

Ağarza Elçinoğlu