Ukrayna hərbi qüvvələri "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) ilə üç gün ərzində 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı "Telegram"da məlumat verib.

"Üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək bir cüt Bayraktar TR-2 PUA -sı düşmənin təqribən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar 8 ədəd T-72 tankıdır (birinin təxmini dəyəri 3 milyon dollardır). Bir ədəd özüyeriyən artilleriya qurğusu "Akatsiya" (1,6 milyon dollar), piyadaların döyüş maşınları (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar)” - deyə Zalujnı bildirib.