SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Moskvanın “Novodeviçi” qəbiristanlığında dəfn edilib.

"Unikal" xəbər verir ki, Qorbaçovla keçirilən vida mərasimində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və digər rəsmi şəxslər iştirak ediblər.

Xarici siyasətçilər arasında mərasimə yalnız Macarıstanın Baş naziri Viktor Orban qatılıb.

***14:00

Moskvada Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun dəfn mərasimi başlayıb.

"Unikal" xəbər verir ki, avqustun 30-da Moskvada Kreml yaxınlığındakı Həmkarlar İttifaqları Evində 91 yaşında vəfat edən Qorbaçovun dəfn mərasimində on minlərlə insan iştirak edir.

Çoxlu sayda rusiyalı tabutu Rusiya bayrağına bükülmüş Qorbaçovla vidalaşmaq üçün növbəyə düzülüb. Mərasimdə “Şindlerin siyahısı” filminin musiqisi səsləndirilib.

Mərasimə qatılan bəzi deputatlar və tanınmış adlar da tabutun yanında əyləşən Qorbaçovun ailəsinə başsağlığı verib.