Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1265 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

Bildirilib ki, ölkədə son sutkada daha 57 nəfər təbii fəlakətin qurbanı olub.