"Kiyev terror aktları törətməkdə davam edərsə, Rusiya onlara daha sərt cavab verəcək".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə  hesabında yazıb. 

O vurğulayıb ki, dünyada heç kim terrorçularla danışıqlar aparmır və təxribatın bütün təşkilatçıları və icraçıları mütləq tapılacaq.

"Kim müqavimət göstərsə, məhv edilir".

Volodin, həmçinin Rusiya Silahlı Qüvvələrinin enerji obyektlərinin vurulduğu regionları qeyd edib və Ukraynanın nəticədə istehsal gücünün 50%-ə qədərini itirdiyini bildirib.  

Oktyabrın 10 və 11-də Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi və enerji obyektlərinə zərbələr endirib. Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, bu zərbələr nəticəsində ölkənin enerji infrastrukturunun təxminən 30%-i zədələnib. Prezident Volodimir Zelenski beynəlxalq tərəfdaşlardan bərpa üçün 2 milyard dollar istəyib.