Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada keçirilən görüşdə Rusiya-Ukrayna mövzusuna toxunmayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Rusiya-Ukrayna nizamlanması mövzusu müzakirə olunmayıb", - Kreml sözçüsü bildirib.

Eyni zamanda, Rusiya liderinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml görüşdə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün təşəbbüslər təqdim edəcəyini  gözləyir.

Ağarza Elçinoğlu