Yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları ölkənin şimal sərhədləri yaxınlığında - Azərbaycanla sərhəddə yerləşən Araks bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Paxpur məlumat verib. 

O bildirib ki, quru qoşunlarının döyüş qabiliyyətinin artırılması üçün illik təlim-məşq toplanışları planına uyğun olaraq keçiriləcək.

Ağarza Elçinoğlu