Dünya Bankı oktyabrın sonuna qədər Ukraynaya daha 530 milyon dollar verəcək.

"Unikal" xəbər verir ki, bu barədə  Dünya Bankının prezidenti Devid Malpas Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, indiyədək Ukraynaya 11 milyard dollar ayrılıb. 

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal Beynəlxalq Valyuta Fondunun Ukraynaya əlavə olaraq 1,3 milyard dollar vəsait ayırdığını deyib.

Onun sözlərinə görə, pul müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi və iqtisadiyyatın dəstəklənməsi üçün istifadə olunacaq.

Bundan əvvəl Ukrayna hökuməti ümumilikdə 35 milyard dollarlıq xarici maliyyələşdirmə barədə razılığa gəlib.

Ramil Zeynallı