Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Zərbələr nəticəsində 3 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Məlumata görə, terrorçular "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonasında Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı hərbçiləri tərəfindən zərərsizləşdiriliblər.