İngiltərədə türk restoranında təşkil edilən Milad yeməyində bədbəxt hadisə yaşanıb. 

"Unikal" xəbər verir ki, paytaxt Londonun şərqində yerləşən Çinqford qəsəbəsində türk yeməkləri təqdim edilən restoranda Milad şənliyinə qatılan onlarla insan qəfildən pisləşib. 200-ə yaxın insan ürəkbulanma və başgicəllənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Əvvəlcə kütlənin yeməkdən zəhərləndiyi düşünülsə də, sonradan həqiqət üzə çıxıb. Milad şənliyinə qatılanların dəm qazından zəhərləndiyi bildirilib. 

Seymur Əli