Fevralın 28-i axşam saatlarında Rusiyanın Kuban vilayətindəki sahilyanı “Ro Vino” restoranında güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Yanğın restoranın dam örtüyündən başlanıb və azı 200 kvadratmetr ərazini əhatə edib.

Xilasedicilər yaxınlıqdakı binadan 11 nəfəri təxliyə ediblər.

Alovu söndürmək üçün yüzə yaxın şəxsi heyət və 28 texnika çalışır.