"Səhhətinin pisləşməsinə görə eks-prezident Mixail Saakaşvilinin özü günahkardır".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib. 

Nazirin sözlərinə görə, əgər şəxs bilərəkdən müalicə kursuna əməl etmirsə, o zaman məsuliyyət dövlətin üzərindən götürülür: "Biz elə bir qanun dövlətində yaşayırıq ki, sübut yükü başqasını ittiham edənin üzərinə düşür. Mən tam məsuliyyətlə bəyan edirəm ki, biz bu şəxsə qarşı işgəncə və ya qeyri-insani rəftar barədə heç bir sübut eşitməmişik". 

Breqadze qeyd edib ki, Gürcüstan müxalifəti həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə bağlı məsələni siyasiləşdirməyi dayandırmalı, siyasətçinin özü isə onun müalicə olunduğu klinikanın həkimlərinin tövsiyələrinə əməl etməlidir.

Ağarza Elçinoğlu