Amerikanın biznes jurnalı "Forbes" dünyanın ən gənc milyarderlərini açıqlayıb.

"Unikal" xəbər verir ki, dünyada  30 və daha aşağı yaşda olan 15 üzvünün ümumi sərvəti 64 milyard dollardır.

Həmin şəxsləri  təqdim edirik:  

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb

Ben Francis

Ben Francis kollec tələbəsi olub. 2012-ci ildə 19 yaşında idman geyimləri istehsalçısı "Gymshark"ı qurmazdan əvvəl pul qazanmaq üçün kuryer işləyib. O, brendinin ilk dizaynlarını ailəsinin Birmingemdəki evinin qarajında ​​hazırlayıb. Frencis 2020-ci ildə şirkətin 21 faizini özəl kapital firması"General Atlantic"ə 300 milyon dollara satıb. "Gymshark" 2021-ci ildə satışdan 500 milyon dollar qazanıb. Gənc milyarder hələ də şirkətin 70 faizinə sahibdir. Onun ümumi sərvəti 1,2 milyard dollardır.  

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 3

Palmer Luckey 

30 yaşlı Palmer Luckey virtual reallıq tətbiqi VR-nin yaradıcısı "Oculus"u qurub. 2014-cü ildə onu "Facebook"a 2 milyard dollara satıb və bundan sonra silah istehsalına başlayıb. Ukraynada quru sistemlərinə sahib olan və Müdafiə Nazirliyi üçün pilotsuz təyyarələr və müşahidə məhsulları istehsal etməyi hədəfləyən müdafiə texnologiyası startapı "Anduril" dekabrda 1,5 milyard dollar dəyərində gəlir əldə edib. Onun sərvəti 1,7 milyard dollardır. 

Forbes dünyanın en genç milyarderlerini açıkladı - 4

Mark Mateschitz

Oktyabr ayında "Red Bull"un həmtəsisçi atası Ditrix Mateschitzin ölümündən sonra Mark Mateschitz şirkətin 49 faizini öz üzərinə götürüb. 30 yaşlı Markın sərvəti  34,7 milyard dollardır. 

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 5

Mıchal Strnad

Yaş:  30

Sərvət:  2 milyard dollar

Şirkət:  Çexoslovakiya Qrupu

Biznes sahəsi:  Silah istehsalçısı

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 6

Gustav Magnar

Yaş:  29

Sərvət:  2,7 milyard dollar

Şirkət:  SalMar ASA

Biznes sahəsi: Norveç əsaslı balıqçılıq 

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 7

Rayan Breslov

Yaş:  28

Sərvət:  1,1 milyard dollar

Şirkət:  Bolt (Bir kliklə ödəniş texnologiyası şirkəti)

Biznes sahəsi:  Elektron ticarət 

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 8

 Leonardo Maria Del Vecchio 

 

Yaş:  27

Sərvət:  3,5 milyard dollar

Şirkət:  Luxottica 

Biznes sahəsi: Dünyanın ən böyük eynək istehsalçısı

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 9

Katarına Andresen

Yaş:  27

Sərvət:  1,5 milyard dollar

Şirkət:  Ferd

Biznes sahəsi: Norveçdə yerləşən investisiya şirkəti

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 12

Kim Jung-Mın

Yaş:  21

Sərvət:  1,7 milyard dollar

Şirkət:  Nexon

Biznes:  Onlayn oyun

Kim Jung-Min Cənubi Koreyalı onlayn oyun istehsalçısıdır.

Forbes dünyanın ən gənc milyarderlərini açıqlayıb - 13

Kevin David Lehman 

Yaş:  20

Sərvət:  2,3 milyard dollar

Şirkət:  Alman DM-Drogerie Markt

İş sahəsi:  Əczaçılıq sənayesi

14 yaşında Almaniyanın "dm-drogerie markt" apteklər şəbəkəsinin 50 faizini atasından miras alıb. Müvəkkil 18 yaşına, milyarder olana qədər şirkəti idarə edib.

Hazırladı: Gülayə Mecid