Çexiya Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləyir, lakin hesab edir ki, təkcə bu addım Rusiya təcavüzünə qarşı Kiyevin problemlərini həll etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

"Əlbəttə, biz Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləyirik. Amma bu, Ukraynanın problemini avtomatik həll edəcək bir şey deyil", - XİN başçısı deyib.

Lipavski hesab edir ki, NATO-ya üzv ölkələr Ukraynaya yardımın artırılmasına, o cümlədən hərbi texnika fonduna pul ayrılmasına diqqət yetirməlidirlər.

Çexiya XİN rəhbəri Ukraynanın Alyansa qoşulmasının uzaq perspektiv olduğunu vurğulayıb.