ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı il seçkiləri zamanı şəxsi vəkili olmuş Maykl Koenə qarşı 500 milyon dollarlıq iddia qaldırıb.

"Unikal" xəbər verir ki, Florida Rayon Məhkəməsinə təqdim edilən 32 səhifəlik iş materialında Koenin keçmiş müştərisi Trampın sirlərini açdığı, onun haqqında yalanlar yaydığı və hüquqi qaydaları pozduğu bildirilib.  

Qeyd edək ki, Koen 2018-ci ilin dekabrında Trampın seçki kampaniyası ilə bağlı aparılan istintaqda “yalan danışmaq” və “vergidən yayınma” ittihamı ilə saxlanılıb.

56 yaşlı Koen saxlanıldığı həbsxanada müşahidə koronavirus səbəbindən cəzasının qalan hissəsini Manhettendəki evində çəkmək üçün aprelin 21-də həbsdən buraxılıb və cəzasını 2022-ci ilin noyabrında başa vurub.

Bundan başqa, Tramp kino ulduzu Stormi Danielsə ödəniş etdiyinə dair iddiaları rədd etsə də, onun keçmiş vəkili Koen Trampın adından Danielsə öz hesabından 130 min dollar ödədiyini təsdiqləyib.

Gülayə Mecid