Rusiyanın Yakutiya vilayətində helikopter sərnişinləri uçuş zamanı kimyəvi yanıq xəsarətləri alıblar. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, "Polar Airlines" aviaşirkətinə məxsus Mi-8 helikopteri Srednekolımsk-Çerski marşrutu üzrə uçub. Təyyarənin göyərtəsində 22 sərnişin olub. Eniş zamanı onlar kabinədə kəskin kerosin iyi hiss ediblər. Təxminən bir saatlıq uçuşdan sonra üç sərnişin yanma hissi hiss edib.

Ehtimal olunur ki, temperatur fərqi nəticəsində təyyarə yanacağı oturacaqlara sızıb. 

Zərər çəkənlərə 1-2 dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub.

Ağarza Elçinoğlu