Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi münaqişəni nəhayət həll etməyə və yeni eskalasiya ehtimalını azaltmağa imkan verəcək.

"Unikal"  xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

O qeyd edib ki, artıq bəzi ərazilərdə sərhədçilər xidmət edir:

"Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə toqquşmaların baş vermə ehtimalı daha azdır". 

Gülayə Mecid