“İnter RAO” şirkəti (Rusiyada elektrik enerjisinin ixracı və idxalı operatoru  ) tarixdə ilk dəfə olaraq Qırğızıstana elektrik enerjisi verməyə  başlayıb .

"Unikal" xəbər verir ki , bu barədə şirkətdən bildirilib.

“2023-cü il aprelin 15-də tarixdə ilk dəfə olaraq Rusiyanın UES-dən (Vahid Enerji Sistemi) Qırğızıstanın enerji sisteminə elektrik enerjisinin Qazaxıstanın UES vasitəsilə tranzitlə tədarükünə başlanılıb”, - deyə şirkət qeyd edib .

“İnter RAO” əlavə edib ki, 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər olan dövrdə 900 milyon kilovatsaata yaxın elektrik enerjisi veriləcək. Eyni zamanda, Qazaxıstan şəbəkələrinin gücü hesabına hazırda tədarük 400 MVt/saata qədərdir.

“İnter RAO” lazım gələrsə, Qırğızıstanda artıq 3 milyard kilovatsaata çatan enerji defisitini tam ödəyə bilər.