Almaniyada 100 metr uzunluğunda küçə alan türk sakinlərə “Mayın 3-nə kimi ya evinizin ön hissəsini alın, ya da yolu bağlayacam” deyə məktub göndərib.

"Unikal" xəbər verir ki, hadisə Almaniyanın Reynland Pflaz əyalətinin Zweibrücken şəhərindəki Siebenpfeifferstr. ərazisində baş verib.

Almanlar da “küçəmizi bağlayırlar, qapıya gedə bilməyəcəyik” deyərək ölkənin ən çox oxunan qəzetlərindən olan “Bild”ə axışıblar. Keçmək istəyənlərdən pul tələb edən türk investor küçə sakinlərinə mayın 3-dək vaxt verib.

Yayılan məlumata görə, 100 metrlik küçəni başqa şəhərdə yaşayan türk investor 2500 avroya alıb. Məlum olub ki, 1588/11 nömrəli Ada/Paket nömrəli küçə ərazi məskunlaşması aparılarkən bir şəxsin mülkiyyəti olub və 1990-cı illərdən bu şəxs tərəfindən saxlanılıb və sonda hərraca çıxarılıb.

Keçən il küçəni alan Türk, “Evinizə və hələ də istifadə etdiyiniz parklama yerlərinə çatmaq istəyirsinizsə, istifadə etdiyiniz hissəni məndən ala bilərsiniz. Mənimlə elektron poçtla əlaqə saxlaya bilərsiniz” deyə məktub göndərib.

Küçədə evləri olan və oradan keçməli, istifadə etməli, park etməli olan almanlar təşviş içində qalıblar.

Küçədə yaşayan 64 yaşlı Lidiya Saam deyib: “Poçt qutuma belə bir xəbərdarlıq gələndə əvvəlcə bunun Aprel gülüşlərinin zarafatı olduğunu düşündüm. Mesajda Yıldırım S. adlı şəxsin 21 iyul 2022-ci ildən bu küçənin sahibi olduğu yazılıb.