Amerikalı veteran, Beynəlxalq Legionun döyüşçüsü 27 yaşlı Kristofer Ceyms Kempbell Baxmut uğrunda gedən döyüşlərdə öldürülüb. 

"Unikal" xəbər verir ki, ukraynalı rejissor Oles Sanin məlumat verib. 

"Bu gün ailəmin üzvü, qızım İvannanın nişanlısı Kristofer Ceyms Kempbellin xatirəsini ehtiramla yad edən hər kəsə təşəkkür edirəm. Dərin kədərinizə və onun xatirəsini ehtiramla yad etdiyinizə görə təşəkkür edirəm. O, Baxmutda Ukraynanı müdafiə edirdi", - Oles Sanin "Facebook"da yazıb.

Qeyd edək ki, Rusiya ötən gecə Baxmutu yandırıcı mərmilərlə atəşə tutmuşdu. 

Ağarza Elçinoğlu