Malinin Duenza şəhərindən 34 km şimalda yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının yeddi sülhməramlısı yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə missiyanın "Twitter" səhifəsində məlumat verilib.

"Xəsarət alanlara lazımi tibbi yardım göstərilir", - məlumatda qeyd olunub.

Yaralı sülhməramlıların şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilmir.

Ağarza Elçinoğlu