Rusiya ordusu Ukraynanın Xerson vilayətini yenidən mərmi atəşinə tutub. 

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin altı pirotexniki mərmi atəşi nəticəsində həlak olub.

"Xerson vilayətində minatəmizləmə işlərinin icrası zamanı pirotexniklərimiz atəşə tutulub. 6 mütəxəssisimiz həlak olub. Biri qadın feldşer olmaqla iki nəfər isə yaralanıb və hazırda xəstəxanaya yerləşdirilib", - deyə qurumun rəhbəri Serhi Kruk bildirib. 

Ağarza Elçinoğlu