Ukraynanın işğalı ilə bağlı uğursuz strateji planların məsuliyyətini başqasının üzərinə atmaq üçün Rusiya Federasiyasında genişmiqyaslı daxili siyasi müharibə başlayır. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. 

O, Priqojinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında münaqişənin nədən ibarət olduğunu izah edib: "Çünki Rusiya Federasiyasının Müdafiə Nazirliyi Priqojini bu gün şəxsi hərbi xidmətlər üzərində monopoliya hesab etmir. Rusiyanın Müdafiə Nazirliyi müəyyən sayda dövlət korporasiyaları, məsələn, "Qazprom" və "Rosneft" ilə birlikdə ayrıca təyinatlılar yaradır", - deyə Podolyak açıqlayıb. 

O, həmçinin bildirib ki, Priqojin artıq Rusiya dövlət büdcəsindən maliyyə almır: "Bu gün Priqojinin Kremllə birbaşa əlaqəsi yoxdur".

Ağarza Elçinoğlu