Molla rejimi İran-İsveç vətəndaşı olan Həbib Esiyodu edam edib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, İran İslam Respublikasının müxalif qruplarından olan keçmiş lider və "Nidal Hərəkatı"nın qurucularından biri olan Həbib Esiyod Xuzistanda terror əməliyyatlarını planlaşdırmaqda ittiham edilərək asılıb. 

İran "Hərəkah ən-Nidal"ı terror qruplaşması hesab edir. Bu qrup İranda silahlı əməliyyatlarda iştirak iddiasını təkzib edərək, məqsədinin İranın ərəb azlığının hüquqlarını müdafiə etmək olduğunu bəyan edib.

İranın Məhkəmə Media Mərkəzi bildirib ki, Həbibin edam hökmü bu gün səhər icra olunub. 

İsveç ölüm hökmünü "qeyri-insani" adlandırıb və pisləyib.

Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri 2019-cu ilin oktyabr ayının ortalarında Türkiyəyə səfəri zamanıonu qaçıraraq İrana aparmışdı. 

Ağarza Elçinoğlu