ABŞ, hətta defolt vəziyyətində belə, artıq ayrılmış vəsait hesabına cari maliyyə ilinin sonuna qədər Ukraynaya yardım göstərmək imkanını saxlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .

“Ukraynaya verilən dəstəyə gəlincə, bu, ötən il Konqresdən aldığımız vəsaitlə bağlıdır. Biz hələ də bu ayırmaları qarşılayırıq və bu maliyyə ilinin sonuna qədər bunu davam etdirə biləcəyimizi gözləyirik”, Kirbi bildirib.

Daha əvvəl Federasiya Şurasının konstitusiya komitəsinin üzvü Olqa Kovitidi bildirib ki, ABŞ-ın mümkün defoltu və Ukraynanın  Rusiya ilə silahlı münaqişədə məğlub olması bir-biri ilə sıx bağlıdır. Senatorun fikrincə, Ağ Ev ABŞ və bütün dünya vətəndaşlarını “Ukrayna əks-hücumunun fəlakəti ilə qaçılmaz olaraq bağlı olan ABŞ-ın gözlənilən maliyyə fəlakətindən” yayındırmağa çalışır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın iri banklarının rəhbərləri ilə ölkədə potensial defolt ətrafında vəziyyəti müzakirə edəcək.