Türkiyənin Siirt bələdiyyəsində prezident seçkiləri və 28-ci dövr millət vəkili seçkiləri zamanı görülən təhlükəsizlik tədbirləri çərçivəsində səsvermə məntəqələrinin birində öldürülən terrorçunun şəxsiyyət vəsiqəsi ilə səs vermək istəyən şəxs saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Siirt bələdiyyəsi açıqlayıb. 

Məlumata görə, Ravşan Aşkaranın şəxsiyyət vəsiqəsi ilə səs verməyə gələn şübhəli hərəkət edən şəxslə bağlı araşdırma aparılıb. Açıqlamada bildirilir: "Ravşan Aşkara 2014-cü ildə Siirt vilayətindən PKK silahlı terror təşkilatına qoşulub. O, Sema Koçer kod adından istifadə edərək Doğubayazıt rayonunda Gürpınar Sərhəd Qapısına silahlı hücumda təhlükəsizlik qüvvələri ilə birlikdə içəri daxil olub. Onun 30 mart 2020-ci il tarixində Ağrı vilayətində əsir düşdüyü, meyitinin həmin ilin aprel ayında Zeyvə qəbiristanlığında dəfn edildiyi məlum olub. Sözügedən şəxsin həm öz adından, həm də separatçı terror təşkilatı üzvü adından səs verməyə cəhd etməsi ilə bağlı Siirt Baş Prokurorluğu araşdırmalara başlayıb. 

Ağarza Elçinoğlu