Regionda sülhün bərqərar olması Ermənistan Respublikasının hədəfidir.

"Unikal" xəbər verir ki, bunu Ermənstan parlamentinin sədri Alen Simonyan mayın 18-də Minskdə KTMT PA Şurasının iclasında deyib.

Spikerin sözlərinə görə, davamlı sülhün, təhlükəsizliyin və regionun davamlı inkişafının əsasını yalnız açıq və konstruktiv dialoq təşkil edə bilər: "Ötən ildən Ermənistan və Türkiyə münasibətlərin normallaşması prosesinə başlayıb, bu proses çərçivəsində müəyyən razılaşmalar əldə olunub, lakin hələ də nəzərəçarpacaq nəticələr yoxdur və bir çox məsələlər həllini tapmayıb. Hesab edirik ki, nizamlanma prosesi ilkin şərtsiz olmalıdır".

Ağarza Elçinoğlu