Rusiyanın "Qazprom" şirkəti Azərbaycanla sərhəddə doldurma kompressor stansiyaları tikməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. 

Məlumata görə, Dağıstanda Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutu üzrə beş ədəd CNG doldurma kompressor stansiyaları tikiləcək. 

"2030-cu ilin sonuna qədər şirkət Şimali Qafqaz Federal Dairəsinin aşağıdakı regionlarında qaz doldurma qurğularını yerləşdirməyi planlaşdırır: Stavropol diyarı, Şimali Osetiya-Alaniya Respublikası, Çeçenistan Respublikası və Dağıstan Respublikası. Obyektlərin tikintisi planlı yükləmə nəzərə alınmaqla bir neçə mərhələdə planlaşdırılır", - deyə məlumatda bildirilib.

Ağarza Elçinoğlu