İtaliya 86 yaşında vəfat edən keçmiş baş nazir Silvio Berluskoni ilə vidalaşır. 

"Unikal" xəbər verir ki, Berluskonin fədn mərasimi Milanda keçiriləcək. Mərasimin sonuna qədər bütün ölkə ərazisində ümummilli matəm elan edilib. 

Bu çərçivədə ölkədəki bütün dövlət qurumlarında və İtaliyanın bütün xarici səfirliklərində bayraqlar yarıya qədər endirilib. Berluskoninin ölümü ilə əlaqədar pərəstişkarları və bəzi partiya üzvləri onun Arkore qəsəbəsindəki villasına gedərək villanın girişinə gül və “Əlvida Berluskoni ” yazılan plakatlar qoyublar.

ANSA xəbər agentliyinin məlumatına görə, Milan bu gün yerli vaxtla saat 15.00-da keçiriləcək mərasimlə Berluskoni ilə vidalaşmağa hazırlaşıb. İtaliya Pezidenti Sergio Mattarella, baş nazir Giorgia Meloni və ən azı 32 hökumət rəsmisi şəhərə gələcək. Buna görə də mərasim çərçivəsində təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki,  “Forza Italia”nın lideri Berluskoni iyunun 12-də vəfat edib.