Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosun Ukraynaya səfəri zamanı Kiyevə raket hücumu edilib. 

"Unikal" "Reuters"ə istinadla xəbər verir ki, partlayışlardan sonra Ukraynaya səfər edən CAR lideri və nümayəndə heyəti bomba sığınacağına yerləşdirilib. 

Bundan sonra onlar paytaxtın yaxınlığındakı otellərdən birində gizləniblər. 

Qeyd edək ki, bu gün Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Ukraynaya rəsmi səfər edib, burada prezident Volodimir Zelenski və Ukrayna rəsmiləri ilə görüşüb.

Ağarza Elçinoğlu