Türkiyə İsveçin NATO-ya üzvlük istiqamətində atdığı addımları müsbət qiymətləndirib. 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

O, Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb: "Son həftələrdə Ankarada prezident Ərdoğanla keçirdiyimiz görüşlərdən sonra İsveçin NATO üzvlüyündə iştirakı istiqamətində müsbət addımlar atdıq. Danışıqlarımız bu məsələ ilə bağlı bütün problemləri həll etməsə də, Türkiyə İsveçin NATO-ya üzvlük istiqamətində atdığı addımları alqışlayıb".

Stoltenberq həmçinin  NATO-Ukrayna Şurasının yaradıldığını elan edib.

Ağarza Elçinoğlu