Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza və bir sıra Afrika ölkələri liderləri bu gün Rusiyaya gedib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri Anton Kobyakov məlumat verib.

Qeyd edilib ki, Afrika ölkələri başçıları Rusiya lideri Vladimir Putinlə görüşmək üçün artıq Sankt-Peterburq şəhərindədirlər.

Xatırladaq ki, CAR-la yanaşı digər Afrika ölkələri (Seneqal, Zambiya və Qəmər Adaları) liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər ediblər.

Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə edilib. Daha sonra CAR lideri özlərinin sülh planının 10 bəndini açıqlayıb.