Fransa hüquq-mühafizə orqanları aprel ayında Doubs departamentinə səfəri zamanı prezident Emmanuel Makronun həyatına sui-qəsddə şübhəli bilinən 20 yaşlı gənci saxlayıb. 

"Unikal" "Le Parisien" qəzetinə istinadla bildirir ki, Makron helikopterlə yola düşmək istəyərkən etirazçılardan biri ona doğru qaz bombası atıb. Hücum edənin 20 yaşlı dülgər, solçu hərəkatın fəalı olduğu üzə çıxıb.

O, bu həftə evində saxlanılaraq həbs edilib. 

Ağarza Elçinoğlu