Futbol üzrə Avropa çempionatının seçmə turnirinin Şotlandiya və Gürcüstan milli komandaları arasında keçirilən oyunu güclü yağış səbəbindən dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı Şotlandiya komandasının mətbuat xidməti məlumat yayıb.

Qlazqoda keçirilən görüş 10-cu dəqiqədə 1:0 hesabı ilə Şotlandiya komandasının xeyrinə olarkən dayandırılıb. Bildirilib ki, matçda fasilə zamanı meydança təmizlənəcək və bundan sonra oyun davam etdiriləcək.

Qeyd edək ki, komandalar A qrupunda yer alıb. Şotlandiya 3 oyundan 9 xalla birinci yerdədir. Gürcüstan komandası 2 oyundan sonra 4 xalla ikinci pillədə qərarlaşıb.